“AtaSığorta” ASC 2020-ci ilin birinci yarımili üzrə maliyyə nəticələrini açıqlamışdır

“AtaSığorta” ASC 2020-ci ilin birinci yarımili üzrə maliyyə nəticələrini açıqlamışdır. Şirkətdən verilən məlumata əsasən cari ilin yanvar-iyun ayları ərzində ümumi sığorta haqqı yığımları 7,3 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta haqqı yığımları 2,1 milyon manat (22,3%) azalmışdır. “AtaSığorta” ASC 2020-ci ilin 6 ayı ərzində 4,8 milyon manata yaxın sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində azalma 2,4 milyon manat (32,9%) olmuşdur. Hesabat dövründə şirkətin xalis mənfəəti 591.840 manat olmuşdur.

  “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir. Şirkətin nizamnamə kapitalı 14,6 milyon manat təşkil edir.