Tibbi sığorta - Ailə paketi

 

Sığortalı:

Fiziki şəxslər

Sığorta olunan:

Fiziki şəxslər – Ailə üzvləri

Sığortaçı:

“AtaSığorta” ASC

Sığorta müddəti:

Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində

Sığorta proqramı:

Optimal, Classic, Classic Plus, Prestige

Coğrafi ərazi:

Azərbaycan Respublikası

 

Bolmə 1. Sığorta proqramları

Tibbi Sığorta xidmətləri

Medicaid Optimal

Medicaid Classic

Medicaid Classic Plus

Medicaid Prestige

Azərbaycan ərazisində Təcili yardım

+

+

+

+

Stasionar Yardım

+

+

+

+

Ambulator Yardım

yoxdur

+

+

+

Terapevtik Stomatoloji Yardım

yoxdur

yoxdur

yoxdur

300 manat

Təcili vaksinasiya

+

+

+

+

Illik Tibbi müayinə

yoxdur

yoxdur

+

+

Dərman Preparatları Təcili və Stasionar Yardım zamanı

+

+

+

+

Dərman Preparatları Ambulator Yardım zamanı

0

0

200 manat

300 manat

Sığorta haqqı, bir nəfər üçün

160 manat

340 manat

440 manat

580 manat

Məsuliyyət limiti, bir nəfər üçün

2000 manat

5000 manat

7000 manat

9000 manat

Şərtsiz azadolma

0%

25%

20%

20%

 

AZƏRBAYCAN ƏRAZİSİNDƏ TƏCİLİ YARDIM

TTTY həftədə 7 gün 24 saat ərzində dispetçer xidməti vasitəsilə aşağıdakı telefon nömrələri ilə həyata keçirilir: (012) 596-5-911, 050/055/070 275-0-911 .  

 

STASİONAR YARDIM

Stasionar yardım dedikdə uşaqlar və böyüklər üçün istənilən terapevtik, cərrahi və digər növ müalicə məqsədi ilə həyata keçirilən hospitalizasiyalar nəzərdə tutulur.

Təcili hospitalizasiya Sığortaçının siyahısında olan klinikalardan birinə edilir.

 

Ambulator yardım

Ambulator Tibbi yardım bayram və bazar günləri istisna olmaqla, hər gün saat 08.30-dan saat 19.00-dək göstərilir.

Proqrama bütün profillər üzrə ixtisaslı həkimlərin müayinəsi və müalicəvi tədbirlərin aparılması daxildir.

TERAPEVTİK STOMATOLOJİ YARDIM

 Proqrama stomatoloji müayinələr və müalicələr daxildir.

 

İllik tibbi müayinə

İldə 1 dəfə keçirilir və müayinəyə aşağıdakı xidmətlər daxildir:

  • Terapevtin müayinəsi
  •    Elektrokardioqrafiya
  • Döş qəfəsinin rentgeni
  • Qanın ümumi analizi
  • Sidiyin ümumi analizi
  • Qarın boşluğunun ultrasəs müayinəsi

 

Təcili vaksinasiya

Bütün təxirasalınmaz vaksinasiyalar (tetanus əleyhinə, quduzluq əleyhinə və s.) 100% olaraq sığorta planına daxildir.

DƏRMAN TƏMİNATI

Müqavilənin şərtlərinə üyğün olaraq müalicə edən həkimin yazdığı və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş dərman preparatlarının pulsuz təminatı proqrama daxildir.

Bölmə 2. Tibbi Xidmət göstərən müəssisələrin siyahısı.

50-dən çox tibb müəssisəsi

  • DGK  Mərkəzi Hospitalı 
  • Mərkəzi Klinik Xəstəxana
  • MTN Hərbi Hospitalı
  • Dünya Göz Klinikası
  • Respublika Diaqnostika Mərkəzi
  • N.Tusi klinikası
  • L.Şıxlinskaya klinikası
  • Medi Style Klinikası
  • Medikal Plaza
  • Caspian International Hospital və s.

18 stomatoloji klinika

  • Mərkəzi Klinika Stomatologiya
  • Dental Club
  • 32 Gözəl
  • Only Dent
  • XXII əsr və s.

30-dan çox aptek

  • Dokta 5 mərtəbə
  • Dokta-Elit 28 May
  • Dokta-Eskulap
  • Azərimed Kanon
  • Azərimed Çıraq
  • Zeytun (Atrium) və s.

 

Bölmə 3. Sığortalıların yaxın qohumları üçün klinikalarda endirimlər:

DGK  Mərkəzi Hospitalı

50%

Respublika Diaqnostika Mərkəzi                             

10%

Avrasiya Hospital

10%-15%

Avrasiya Klinikası

15%-20%

Modern Hospital

15 %

Baku Medikal Plaza

15%

Medera Hospital

15%

Dünya Göz Klinikası

15%

Uni Klinika

20%

Dobromed Klinikası

20%

Oksigen Klinikası

10%

Mediland Klinikası

15%

Medikal Plaza Klinikası

10%

Medi Style Klinikası

15%-20%

International-1 Klinikası

20%

HB Özəl Şəhər Xəstəxanası

15%

Atlas Tibb Mərkəzi

20%

NƏBZ Tibb Mərkəzi

20-30%

EVROMED Tibb Mərkəzi

20%

Türk-Amerika Tibb Mərkəzi

15%

Yaşam Tibb Mərkəzi

20-30%

Dəniz Stomatoloji Klinikası

20%

Premium Dental

15%

Bölmə 4. Istisnalar:

  1. Alkoqolizm, narkomaniya, toksikomaniya, narkotik maddələrə, psixotrop preparatlara və s. asılılıq, spirtli içkilərin, narkotik və toksik (zəhərləyici) maddələrin qəbulu, həmçinin, onların qəbulu nəticəsində sığorta olunan şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi və ya nəqliyyat vasitəsini belə vəziyyətdə olan bir şəxsin idarəsinə verilməsi nəticəsində səhhətə dəymiş ziyan;
  2. Hərbi əməliyyatlar, vətəndaş müharibəsi, xalq hərəkatları, iğtişaşlar, üsyan və qiyamlar, tətillər, terror aktları, təbii fəlakətlər, o cümlədən, zəlzələ, vulkan, sunami və s. bu kimi təbii xarakterli fəlakətlər, nüvə partlayışı, radiasiya və radioaktiv şüalanma nəticəsində yaranmış xəstəlik və zədələnmələr;
  3. Sığorta olunan şəxsin özünə qəsdən bədən xəsarəti yetirməsi, intihara cəhd etməsi, cinayət törətməsi, cinayətkar fəaliyyətlə  bilavasitə və ya dolayısı ilə məşğul olması nəticəsində yaranmış bədən xəsarətləri, digər xəstəlik və zədələnmələr; Təhlükədə olan insan həyatını və əmlakı xilas etmək halları istisna olmaqla, Sığorta olunanın öz həyatını və sağlamlığını şüurlu surətdə təhlükəyə atması;
  4. Peşəkar və ya həvəskar olaraq yüksək riskli hər hansı idman növünün birbaşa və ya dolayı yolla nəticəsi olan bədən xəsarətləri (alpinizm, planerizm, speleologiya, paraşütlə tullanma, sualtı idman növləri, qış idman növləri, döyüş sənətləri, motosiklet və at yarışları), idman yarışlarında və ya belə yarışlara hazırlıq məşqlərində meydana gələn xəstəlik və ya yaralanmalarla əlaqədar tibbi xərclər;
  5. Ruhi (psixiatrik) xəstəliklər (epilepsiya, şizofreniya və s,), Parkinson xəstəliyi, demensiya sindromları (Alsqeymer, Pik xəstəliyi və s. qazanılmış ağıl zəifliyi), onların ağırlaşmaları, onların zəminində yaranmış müxtəlif zədələr və somatik xəstəliklərin müayinə və müalicəsi, psixiki pozulmalar, o cumlədən nevrosteniya, nevroz, xroniki yorğunluq sindromu və onların nəticəsində yaranan xəstəliklər və hallar ( təminat müddəti bir ay), yuxu ilə bağlı nəfəs pozğunluqlarının müalicəsi, o cümlədən xoruldama, yuxu apnoesi, yorğunluq, gecə-gündüz ritminin pozulması və ya işlə bağlı stress və digər hallar;
  6. Psixoloqun, psixiatrın, psixoterapevtin, psixoanalitikin, loqopedin, androloqun, həkim-ekstrasensin, narkoloqun və seksopatoloqun xidmətləri;
  7. Sığorta təminatının başlanması tarixindən sonra müəyyən edilmiş olsa da anadangəlmə və irsi patologiyalar, bədən quruluşu pozğunluqları (Hallux valgus, pectus excavatum, Peyroni xəstəliyi, trigger finger və s.), onurğanın patoloji əyrilikləri; involyutiv dəyişikliklər nəticəsində yaranan xəstəliklər və hallar(osteoporoz və s.), degenerativ  dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklər və halların cərrahi  müalicəsi (fəqərələrarası disk protruziyası,  yırtığı, menisk əməliyyatları.  s. ),
  8. Çəpgözlük, gözdə refraksiya qüsurlarının (miopiya, hipermetropiya, astiqmatizm, presbiopiya və s.) cərrahi və lazer üsulu ilə müalicəsi, kataraktanın müalicəsi; akkomodasiya funksiyasının azalması, yaşla əlaqədar və ya fəsadlaşmış (qlaukoma nəticəsində), iltihabi xəstəliklər, xorioretinal distrofiya, rəng stimulyasiyası.
  9. Eynək, şüşə, çərçivə, kontakt linza, eşitmə cihazları;
  10. Vərəm, sarkoidoz, mukovistsidoz, peşə xəstəlikləri,
  11. Qeyri-ənənəvi (alternativ) müalicə və müayinə üsulları (hipnoz, aromototerapiya, fitoterapiya, termopunktura, elektropunktura, spinemed, duolit və s.), bütün növ reabilitasiya tədbirləri, müalicəvi idman, dartma, sanator-kurort müalicəsi, imedis, fototerapiya (ultrabənövşəyi kabin), manual terapiya, homeopatiya, refleksoterapiya, klassik korporal iynə terapiyası (akupunktura), trenajorlar, solyarium, hovuz, sauna, kolonoqidroterapiya, kosmetik xidmətlər, müalicəvi idman terapiya ilə fərdi məşğuliyyətləri, biorezonans terapiya, autoqemoterapiya, prostatitlərin aparat ilə müalicəsi, radio-cərrahi müalicə metodları (Ciberknife, gamma knife), robot-köməkşi cərrahi sistem vəsitəsi ilə aparılan cərrahi əməliyyatlar,qeyri-ənənəvi müalicə metodları, zərbə-dalğavari terapiya. Qeyri-ənənəvi diaqnostika: ümumi kompyuter skrininq-diaqnostikası, akupunktur diaqnostika (həmçinin Su - Djok üsulu), termopunktur, elektropunktur, nəbz, aurikulodiaqnostika, iridodiaqnostika, sanatoriya, spa müalicəsi və s.; AR Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış müayinə və müalicə üsulları, Sığortaçının Azərbaycanda mövcud olan təcrübəyə əsaslanaraq eksperimental, qeyri-effektiv və ya təsdiq edilməmiş hesab etdiyi müayinə və müalicə;
  12. Şəkərli diabet və ondan irəli gələn bütün ağırlaşmalar (mikroangiopatiya, retinopatiya və s.) (əlavə təminat olaraq verilməmişsə),
  13. İnfeksion hepatitlər; karantin infeksiyaları: taun, vəba, bütün hemorraqik qızdırmalar və onların ağırlaşmaları və ya onlarla bağlı hallar, intoksikasiya (zəhərənmələr) zamanı stasionar yardım (AR Səhiyyə Nazirliyinin qərarına əsasən, müalicəsi ixtisaslaşdırılmış dövlət xəstəxanalarında tələb olunur);
  14. Kəskin və xroniki şüa xəstəliyi, birləşdirici toxumanın sistem və diffuz xəstəlikləri (qırmızı qurdeşənəyi, dermatomiozit, sklerodermiya və s.) və diferensiasiya olunmamış kollagenozlar; demiyelinizasiya edən xəstəliklər, beyin iflici (və başqa paralitik sindromlar), dağınıq skleroz, yan amiotrofik skleroz, revmatoid artrit, ankilozedici spondilit, neyromuskulyar sinaps və əzələ xəstəlikləri (miasteniya)
  15. Xroniki xəstəliklər və hallar, kəskinləşmə və təcili yardım xidməti istisna olmaq şərti ilə; Sığorta müqaviləsinin hüquqi qüvvə qazandığı tarixdən əvvəl mövcud olan bütün xəstəliklər;
  16. Təsdiq edilmiş istənilən növ şişlər (bədxassəli və xoşxassəli) və onların nəticəsində yaranan  fəsadlar, yenitörəmələr və qan xərçəngi; radioizotop müalicə üsulları, kimyəvi və şüa terapiyası və bunun nəticəsində əmələ gələn patologiyaların müalicəsi;
  17. Xroniki böyrək və qaraciyər çatışmazlığı, ekstrakorporal müalicə üsulları (plazmaferez, hemodializ, hemosorbsiya, ozonoterapiya, qanın lazero- və  ultrabənövşəyi şüalanması, oksigenoterapiya və s.), qan köçürmə;
  18. Ürək-damar cərrahiyyəsi (şuntlama, stentləmə, anevrizmaların müalicəsi və s.),  anqioqrafiya, invaziv kardiologiya (ablasiya, implantın yerləşdirilməsi və s.); venaların genişlənməsinin (varikozun) konservativ və cərrahi müalicəsi, varikosele; skleroterapiya,
  19. Bütün növ protezlər, ortopedik və digər yardımçı vasitələr (corablar, elastik bintlər, müalicəvi bandajlar), fiksə edici ləvazimatlar, korsetlər,   protezləşdirmə, istənilən növ protezlər və implantlar (həmçinin endoprotezləşdirmə və protezləşdirmə ilə əlaqədar xidmətlər) və onlara hazırlıq tədbirləri, cərrahi əməliyyatlar zamanı tətləb olunan hər növ implantlar;
  20. Dişlərin protezləşdirilməsi və ona hazırlıq, dental implantasiya, köhnə diş plomblarının dəyişdirilməsi, kosmetik stomatologiya, dişlərin ftorlakla örtülməsi, ortodontik və kosmetik qüsurlar, paradontoz;
  21. Bütün növ plastik və rekonstruktiv cərrahiyyə əməliyyatları və ya sığorta müqaviləsinin bağlandığı tarixdən əvvəl edilmiş cərrahiyyə əməliyyatı nəticəsində yaranmış hər hansı bir qüsur və xəstəlik, ağırlaşmamış və boğulmamış qasığ yirtiqları, ginekomastiya, cinsiyyəti dəyişdirmə əməliyyatları, sünnət (planlı circumcizio),  estetik və kosmetoloji məqsədlə aparilan müayinə və müalicələr, burun çəpərinin əyriliyi (septoplastika), konxotomiya (vazotomiya), xroniki tonzillit, xroniki adenoidit;
  22. Orqan və toxumaların transplantasiyası;
  23. Piylənmə, çəki itkisi və ya çəki problemləri;
  24. Diffuz allopesiya (dazlıq), follikulit (acne vulqaris), döyənəklərin, papillomaların, ziyillərin, xalların müalicəsi, krioterapiya, psoriaz
  25. Zöhrəvi xəstəliklər və cinsi yolla yoluxan istənilən digər xəstəliklərlə əlaqədar aparılan müayinə və müalicə xərcləri; (AIDS və ya İİV yaratdığı digər patoloji hallar, mikoplazma, xlamidiya, ureaplazma, SMV, insan papilloma virusu, bütün növ herpes (genital, simplex, zoster);
  26. Birbaşa və ya dolayı yolla sonsuzluq və impotensiyanın müalicəsi, kişi və qadın ailə planlaşdırılması (spermoqramma, histerosalpinqoqrafiya), nəsil törətmə və sonsuzluqla bağlı müayinə və müalicə, sterilizasiya və ya ondan sonrakı bərpa, tibbi göstəriş  olmayan abortlar, UDS daxil və xaric edilməsi, süni mayalanma və ondan sonra hamiləliyin aparılması, genetikin xidmətləri, immun statusun araşdırmaları, hər hansı genetik və sitogenetik araşdırmalar, DNT diaqnostikası, sümük rezorbsiyası markerlərin araşdırması, histology araşdırmalar və biopsiya.; allergiyanın araşdırması (skarifikasiya sınaqları və ümumi IgE təyin edilməsi istisna olmaqla);
  27. Xüsusi arayışlar almaq məqsədi ilə aparılan müayinələr (sürücülük vəsiqəsinin alınması üçün, hüquqi şəxslərin tələbilə, silah gəzdirmə iznin alınması üçün, xarici ölkələrə səfər etmək məqsədilə, təhsil müəssisələrinə təqdim etmək məqsədilə, müəyyən edilmiş əlillik qrupu olan Sığorta olunanlar üçün əlilliyə səbəb olan xəstəliklə əlaqədar müayinələr);
  28. Sığortaçı ilə razılaşdırmadan, Sığorta müqaviləsində nəzərdə tutulmamış tibb müəssisələrində göstərilən tibbi xidmətlər və həmçinin müqavilədə nəzərdə tutulmamış tibb müəssisələrində aparılan müalicə və ya müayinə nəticəsində əmələ gələn patologiyaların müalicəsi;
  29. Sığorta olunanın həkim göstərişinə riayət etməməsi və özünümüalicə nəticəsində əmələ gələn ağırlaşmalar;
  30. Planlaşdırılmış vaksinasiyalar (müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa);
  31. Sığorta olunan hər hansı xəstəliyə tutulmadan həkim, laborator/rentgen və s. müayinələrdən keçməsi, check-up – yəni tam tibbi müayinə xərcləri (müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa);
  32. Hamiləlik, normal və cərrahi doğuş, yenidoğulmuşlara xidmət (müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa), qeyri-tibbi göstərişlərlə hamiləliyin kəsilməsi, hamiləliyin başa çatdırılmaması (düşük təhlükəsi),
  33. İl ərzində 90 gündən artıq stasionar müalicə;
  34. Masaj və fizioterapiya (digər bəndlərdə istisna olunan üsülları çıxmaq şərtilə);
  35. Klinikaların təqdim etdiyi əlavə pullu xidmətlər (həkim fərqləri (klinikanın qiymət cədvəlindəki olan qiymətdən fərqi), iş saatı xaricində konkret həkimin (məsələn ginekoloqun) cağırışı, ciddi səbəb olmadan bir konsultasiyadan sonra 1 ay müddətində həkimin dəyişilməsi, xarici mütəxəssislərin xidmətləri, bir-nəfərlik palata, qohumun xəstənin yanında qalması, pullu telefon məsləhətləri, MRT müayinəsinin diskə yazılması və s.).
  36. Aşağıdakı dərman preparatları, gigiyenik və kosmetik vasitələr sığorta təminatına daxil deyil:
    1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış dərman preparatları;
    2. bioaktiv qida əlavələri, homeopatik preparatlar;
    3. immunomodulyatorlar;
    4. profilaktik məqsədlə yazılan dərman maddələri, o cümlədən xondroprotektorlar, vitaminlər və s. (müqavilədə başqa cür nəzərdə tutulmayıbsa);
    5. bütün növ sabun və şampunlar, kosmetik vasitələr, losyonlar;
    6. kontraseptiv (hamiləliyin qarşısını alan) preparatlar;
    7. uşaq yeməkləri, əmziklər, uşaq bezi xərcləri;
    8. arıqlamaq məqsədi ilə istifadə olunan preparatlar;
    9. potensiyanı (cinsi fəaliyyətini) aktivləşdirən preparatlar;
    10. müalicəvi mineral sular;
    11. diş pastaları;
    12. saç tökülməsinin və kəpəklənmənin qarşısını alan preparatlar;
    13. tütün məhsullarından asılılığı aradan götürmək üçün istifadə olunan preparatlar;
    14. kontakt linza məhlulları;
    15. gigiyenık vasitələr;
    16. müxtəlif manipulyasilar aparılması üçün yardımçı vasitələr (şprislər, damardaxili infuziyalar zamanı işlədilən vasitlər, pambıq, spirt, yod);
    17. sığorta təminatına daxil olmayan xəstəliklərin müalicəsi üçün yazılan dərman preparatları

 

Bölmə 5. Tələb olunan sənədlər:

  1. Doldurulmuş ərizə forması;
  2. Sığortalı şəxsin şəxsiyyət vəsiqəsinin surəti.