Aktuari

Əsədzadə Elçin Nizami oğlu - Aktuari


 

Əsədzadə Elçin Nizami oğlu 12 dekabr 1992-ci ildə Biləsuvar rayonun Səmədabad kəndində anadan olub. 1998-ci ildə Əli Almasov adına Səmədabad kənd orta məktəbinə gedib. 2009-cu ildə orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakultəsinin İqtisadiyyat ixtisasına daxil olub. 2013- cü ildə Qafqaz Universitetinin İdarəetmə fakultəsinin MBA proqramı üzrə Biznesin Təşkili və İdarə olunması üzrə magistr dərəcəsinə qəbul olub. 2013-2014-cü illərdə hərbi xidmətə yollanıb. 2016- cı ildə Qafqaz Universitetinin İdarəetmə fakultəsinin MBA proqramı üzrə Biznesin Təşkili və İdarə olunması üzrə magistr dərəcəsindən məzun olmuşdur.

 

24 noyabr 2014-cü ildə “AtaSığorta ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinin Ümumi Sığorta Şöbəsinin mütəxəssisi və 01 avqust 2015-ci il tarixindən 14 sentyabr 2016-cı il tarixinədək aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.

 

14 sentyabr 2016-cı il tarixində aktuari vəzifəsinə təyin edilmişdir.

Yüklənir, zəhmət olmasa gözləyin