“AtaSığorta” ASC 2016-cı ilin dekabr ayında 703 hadisə üzrə 342 718 manat sığorta ödənişi həyata keçirmişdir.

Bu məbləg əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir. Bununla da, “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirmişdir.

Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulmuşdur.

Yüklənir, zəhmət olmasa gözləyin