Azər Fərəcov

Azər Fərəcov Əsədulla oğlu - İdarə Heyətinin Üzvü

 

Fərəcov Azər Əsədulla oğlu 1999-cu il tarixdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 2003-cü il tarixdə təhsilini bitirərək bakalavr dərəcəsi almışdır. Bundan sonra, 2014-cü il tarixdə Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin eyni ixtisas üzrə magistr pilləsini başa vurmuşdur.

Azər Fərəcov əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında məsləhətçi vəzifəsində başlamış, 2009-cu ilə kimi orada məhkəmə iclas katibi və hakim köməkçisi vazifələrində işləmişdir. Sığorta sahəsində fəaliyyətinə 2009-cu ildə “AtaSığorta” ASC Ümumi Sığorta Departamentində hüquq məsələləri üzrə direktor müavini vəzifəsində başlamışdır. 2010-cu ildən Hüquqi Təminat Xidmətinin rəhbəri vəzifəsində, 2012-ci ildən isə Hüquq Departamentinin direktoru vəzifəsində fəaliyyətinə davam etmişdir.

 01.10.2013-cü ildən “AtaSığorta” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.

Azər Fərəcov Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin üzvüdür.





Yüklənir, zəhmət olmasa gözləyin