Fərdi müştərilərə

Gündəlik həyatda hər birimiz çoxlu problemlərlə qarşılaşırıq, onların həlli bizim həddindən artıq vaxtımızı alır, bizi əsəbiləşdirir və maddi xərclərə səbəb olur. Biz onların həllini tamamilə öz üzərimizə götürə bilmərik, lakin onlardan bir neçəsinin qarşısını almaqda Sizə yardım edə və onları dəf etməkdə Sizə köməklik göstərə bilərik. Çətinliklərinizlə məşğul olmağımız üçün bizə imkan yaradın və Siz, həyatınızın yaxşı istiqamətə necə dəyişdiyinin şahidi olacaqsınız!

Əgər Siz  avtomobil əldə edirsinizsə -  avtonəqliyyat vasitələrinin kompleks sığortası Sizi yollardakı problemlərdən xilas edəcək və Sizin dəmir dostunuzun salamatlığından narahat olmayaraq rahat yatmağınıza imkan yaradacaqdır.

Xaricə səfərə yollanarkən, bu həm işgüzar ezamiyyət, həm də istirahət səyahəti üçün – Siz bizim səyahət sığortası şəhadətnaməmizi əldə etməlisiniz. Bu Sizi xarici ölkədə müvafiq müalicə müəssisəsini axtarmaq zəruriyyətindən azad edəcəkdir – bizim sutka ərzində fasiləsiz çalışan dispetçer xidmətimiz özü Sizi bu müəssisələrə operativ olaraq göndərəcək və cibinizi xaricdə müalicə üçün ağlasığmaz xərclərdən qoruyacaqdır. Zərurət yarandığı halda biz sizi Vətənə pulsuz nəql edirik.

Texnogen qəzalar, yaşayış binalarında getdikcə daha çox baş verən yanğın və partlayışlar, uçqun və sürüşmələr, habelə qonşuların məsuliyyətsizliyi – bütün bunlar əmlak sığortası şəhadətnaməsinin əldə edilməsi üçün zəruri ilkin şərtlərdir. Bu zaman Sizin eviniz həqiqətən də Sizin qalanıza çevriləcəkdir. Lazım gəldikdə, biz bərpa və təmir üzrə Sizin bütün xərclərinizi, habelə itirilmiş interyer əşyalarınızı təmin edəcəyik.

İnsan ölümə məhkumdur, lakin dəhşətlisi odur ki, insan həm də qəfil ölümə  məhkumdur. Hər birimiz öz acı təcrübəmizdə bu kəlamın kədərli gerçəkliyini hiss etmək məcburiyyətində qalmışıq. Biz öz həyatımızı və yaxınlarımızın həyatını yaxşılaşdırmaq üçün zəhmət çəkirik, irəliyə doğru cəhd edirik, lakin tale öz sərt sözünü deyir. Vəfatınızdan sonra Sizin yaxınlarınıza veriləcək olan mühüm sığorta ödənişi onlara itkini daha yüngül keçirməyə kömək edəcək, şikəst və ya əlil qaldığınız halda isə zəruri reabilitasiyanı təmin edəcəkdir. Yadda saxlayın  ki, bədbəxt hadisələr yalnız istehsalatda baş vermir!

Bizə müraciət edin və fərdi müştərilərə xidmət Şöbəsinin əməkdaşları Sizə zəruri olan sığorta məhsullarını optimal qiymətə əldə etməyinizə yardım edəcəklər.

Biz Sizi gözləyirik – Sizin təhlükəsizliyiniz bizim əlimizdədir!

Yüklənir, zəhmət olmasa gözləyin