Müseyib Əliyev

Müseyib Əliyev Fayaz oğlu - İdarə Heyətinin Sədri

Əliyev Müseyib Fayaz oğlu 1987-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş, 1993-cü ildə ali təhsilini bitirib iqtisadçı ixtisası almışdır. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə aspiranturanı bitirmişdir. 2005-ci ildə “Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

Əliyev Müseyib Fayaz oğlu əmək fəaliyyətinə 1992-ci ilin mayında Səbail Əmanət bankında xəzinədar kimi başlamışdır. 1996-ci ildən Əmanət Bankın müxtəlif şöbə və idarələrində şöbə rəisi və baş mühasib vəzifələrində işləmişdir. 1996–1998-ci illər “Viləşbank” KB-da İdarə Heyətinin sədri, 1998-2000-ci illərdə “RotAbank” SKB-də baş mühasib, 2000-2002-ci illər “RotAbank” SKB-də İdarə Heyətinin sədr muavini vəzifərərində çalışmışdir. 11.11.2002-ci il tarixdən etibarən “AtaBank” ASC-nin Daxili Auditin rəhbəri, 2004-cü ildən 2007-ci ilədək İdarə Heyətinin sədri Audit Komitəsinin sədri, 2007-ci ildən İdarə Heyəti sədrinin müavini və 2009-cu ildən isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləmişdir. 2012-ci ilin noyabrından“AtaSığorta” ASC-nin İdarə Heyətinin sədridir.

Əliyev Müseyib Fayaz oğlu 2001-ci ildən  beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü və “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvüdür. 2002-ci ildən Azərbaycan Bank Tədris Mərkəzinin ekspert-müəllimidir.

Yüklənir, zəhmət olmasa gözləyin