NƏQLİYYAT VASİTƏLƏRİNİN KOMPLEKS SIĞORTASI

Müasir həyatın çox iti tempi, emosional stres, daimi vaxt çatışmazlığı – bütün bunlar avtomobil yollarındakı qəza hallarında və son dərəcə mənfi şəkildə özünü göstərir. Müasir reallıqlar şəraitində heç bir sürücü özünün və avtomobilinin təhlükəsizliyindən əmin ola bilməz. Hətta ən təcrübəli sürücü belə öz təcrübəsinə əsasən bilir ki, çox zaman biz, qəza vəziyyətinin qarşısını almaq iqtidarında olmuruq. Yalnız avtomobil sığortası şəhadətnaməsinin olması bizə Yol Nəqliyyat Hadisələri, qaçırılma, oğurluq, yanğın, partlayış, avtomobilinizə qəsdən zərər yetirilməsi ilə əlaqədar əksər problemlərdən xilas olmağa kömək edə bilər.

 

AtaSığorta şirkətinin kompleks avtomobil sığortası şəhadətnaməsini əldə edərək siz özünüz üçün aşağıdakıları təmin edirsiniz:

  • sığorta hadisəsi zamanı tam hüquqi, təşkilati, maliyyə dəstəyi və müşayiət;
  • qəza komissarının istənilən zaman respublikanın istənilən yerinə getməsi imkanı ilə sutka ərzində fasiləsiz assistant xidməti;
  • Sizin avtomobilinizin hadisə yerindən pulsuz tәxliyyәsi;
  • qəzadan sonra Sizin avtomobilinizin yüksək keyfiyyətli servisdə qısa müddət ərzində şirkətimizin hesabına zəmanətli təmiri;
  • oğurlanması və ya sığorta hadisəsi nəticəsində yararsız hala düşməsi zamanı avtomobilə sərf olunmuş vəsaitlərin qaytarılması;
  • sığorta ödənişinin formasının seçilməsində sərbəstlik – avtomobilin avtoservisdə təmiri və yaxud nağd pul ödənişinin alınması.

Bundan başqa, kiçik əlavə haqq ödəməklə mülki məsuliyyət sığortası və fərdi qəza sığortası opsiyalarını əldə etdiyiniz zaman siz, həmçinin zərərçəkmiş tərəfə (əgər siz YNH-nin səbəbkarı hesab edilirsinizsə) dəymiş zərəri ödəmək öhdəliyindən azad olursunuz. Belə ki, bunu bizim şirkət öz hesabına təmin edir, habelə xəsarət zamanı sizə tibbi yardım göstərilməsi üzrə xərclər ödənilir və əmək qabiliyyətini itirmə hallarında birdəfəlik ödənişlər yerinə yetirilir.

 

VIP müştərilər üzrə fərdi sığorta məsləhətçisi, müqavilə bağlanması və ona dəyişikliklərin edilməsi və s. üçün mütəxəssislərin müştərinin ünvanına və ya ofisinə getməsi nəzərdə tutulmuşdur.

 

Biz sığorta məsələləri, təmir qiymətləri, qanunvericilik və sığorta ekspertizası üzrə müştərilərimizə PULSUZ məsləhət xidmətlərini təklif edirik.

 

AtaSığorta şirkətində avtomobil sığortası – sizin yollardakı rahatlığınızın təminatıdır!

Yüklənir, zəhmət olmasa gözləyin