Orxan Məmmədov

Orxan Məmmədov Valeh oğlu - İdarə Heyətinin Sədr Müavini

Orxan Məmmədov Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbindən (LSE) İdarəetmə üzrə Magistr (Masters in Management) dərəcəsini 2015-ci ildə almışdır. O daha əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Bakalavr və Magistr dərəcələrini qazanmışdır.

Orxan Məmmədov 2006-cı ildən sığorta sektorunda fəaliyyət göstərir. “Qorqud Sığorta” şirkətində mütəxəssis kimi fəalliyyətinə başlamışdır. Daha sonra Paşa Sığorta şirkətində Fərdi Sığorta Şöbəsi və Sığorta Əməliyyatları Departamentinə rəhbərlik etmişdir. 2011-ci ildə Paşa Sığorta şirkətində İdarə Heyətinin üzvü təyin olnumuşdur. 2012-ci ildən etibarən “AtaSığorta” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

Orxan Məmmədov 2009-cu ildən Böyük Britaniyanın Chartered Insurance Institute üzvü və CertCII dərəcəsinin sahibidir. Mərkəzi Avrasiya Liderlik Alliansının (CELA) 2011-ci il məzunu və aktiv üzvüdür. Ölkə xaricində və daxilində liderlik, effektiv idarəetmə, layihələrin idarə olunması, danışıqlar, strateji marketinq və digər çoxsaylı təlimlərdə iştirak etmişdir.



Yüklənir, zəhmət olmasa gözləyin