“Petrollu KASKO” məhsuluna dair məlumat

 

Sığortalı:

Fiziki şəxslər

Sığorta olunan:

Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs

Sığortaçı:

“AtaSığorta” ASC

Sığorta müddəti:

Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində

Sığorta predmeti:

Minik avtomobilləri

Coğrafi ərazi:

Azərbaycan Respublikası

 

 

Bölmə 1:                Nəqliyyat vasitələrinin (kasko) sığortası

 

Sığorta tarifi:

Sığorta tarifi – 3.20% təşkil edir.

 

 

Xüsusi şərtlər:

  1. Bu sığorta məhsulu üzrə Sığortalılara avtomobilin dəyərinin 1%-i həcmində yanacaq hədiyyə olunur.
  2. Hədiyyə olunan yanacaq müştəriyə 2 (iki) hissədə təqdim olunur:
  3. 50% sığorta müqaviləsi rəsmiləşdirilən zaman
  4. 50% - 3 aydan sonra
    1. Sığorta müqaviləsi 3 aydan əvvəl xitam olunduğu zaman hədiyyənin ikinci hissəsi müştəriyə təqdim olunmur.

 

  1. Məhsul bazar dəyəri 10 000 AZN-dən 80 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.
  2. Məhsul yalnız istehsalı ili 2000 ildən yuxarı olan avtomobillər üçün təqdim olunur.
  3. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.
  4. Məhsul hüquqi şəxslərə şamil edilmir.
  5. Məhsul “AtaSığorta” ASC-nin əməkdaşları və onların ailə üzvlərinə şamil edilmir.

 

 

Sığorta riskləri:

1. avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr;

2. atılmış və ya düşmüş əşya – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;

3. üçüncü şəxsin qanunazidd hərəkəti;

4. oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;

5. yanğın və partlayış;

6. təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr;

7. heyvanların hərəkəti – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.

 

 

*Şərtsiz Azadolma üzrə qeyd:

Hər hadisə üzrə - 100 AZN

 

- Avtomobil kommersiya məqsədi ilə istifadə olunan zaman 1000 AZN həcmində şərtsiz azadolma məbləği tətbiq olunur.

 

- Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman avtomobili idarə etmək səlahiyyəti verilmiş şəxsin yaşı 21-dən aşağı və ya sürücülük təcrübəsi 1 ildən az olduqda və ya sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində baş verdikdə şərtsiz azadolma adi halda tətbiq olunmalı azadolma məbləğinin ikiqatı həcmində tətbiq ediləcək.

 

İstisnalar:

  • avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi;
  • təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması;
  • avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi;
  • hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, tətillər, vətəndaş müharibəsi;
  • nüvə partlayışı, radioaktiv çirklənmə, nüvə enerjisinin istənilən formada təsiri;
  • avtomobilin təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilməsi;
  • dövlət orqanları tərəfindən və ya onların göstərişi ilə avtomobilin daşınması (sığorta hadisəsi nəticəsində idarə olunmaq imkanlarını itirmiş atomobilin daşınması halları istisna olmaqla), saxlanması və ya məhv edilməsi;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının və ya sığorta olunanın sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi;
  • avtomobilin sığorta ərazisindən kənarda istismar olunması.
  • avtomobilin cinayət məqsədilə istifadə edilməsi;
  • avtomobilin sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, talanması və ya bunlara cəhd edilməsi;
  • avtomobilin təyyarələrin enib-qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın ərazisində istifadə edilməsi;
  • avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlər;
  • mənəvi zərər;
  • əldən çıxan gəlir, gəlir itkisi, işin dayanması ilə bağlı və ya digər dolayı və kommersiya itkiləri, zərərləri və xərcləri
  • avtomobilin dərman qutusunun, qəza dayanacağı işarəsinin, istehsalçı zavod tərəfindən quraşdırılmamış cihazlarının, həmçinin qeydiyyat nişanının oğurlanması, zədələnməsi və ya məhv olması;
  • avtomobilin digər hissələri də eyni hadisə nəticəsində zədələndiyi hallar istisna olmaqla, şinlərinin zədələnməsi;
  • avtomobilin açarlarına, elektron aktivləşdirmə kartına, brelok və s. bu kimi hissələrinə, onların avtomobildən kənarda olduqları halda zərər dəyməsi və ya bu cür halda onların oğurlanması;
  • avtomobilin banı və (və ya) hissələri zədələnmədən onun rəng örtüyünün qopması və ya digər hər hansı formada zədələnməsi;
  • avtomobildə heç kəsin olmadığı zaman qapılarının və ya baqajının açarla bağlı olmaması, pəncərələrinin və ya tavanının (lyukunun) açıq qalması, açarın nəzarətsiz buraxılması və ya avtomobilin içərisində qalması nəticəsində avtomobilin və ya onun içərisində yerləşən hissələrinin qeyd olunan müvafiq səbəblərdən istifadə edilməklə oğurlanması;
  • avtomobilin dəyərdən düşməsi;
  • avtomobilin vəziyyətini onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirmə işləri;
  • avtomobilin bütövlükdə və ya onun ayrı-ayrı hissə və aqreqatlarının təbii aşınması, onun əmtəə görünüşünün itməsi, istehsal və təmir zamanı mövcud olan qüsurları;
  • sığortalının, sürücünün və ya sərnişinlərin sığorta hadisəsinin baş verdiyi anda avtomobildə olan əmlakına dəyən zərər.

Şərtlər:

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası Qaydaları”.

 

- Zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququ sığortaçıya aiddir.

 

- Sığorta təminatının başlanğıc tarixinə qədər nəqliyyat vasitəsinə baxış keçirilməli və bütün mövcud sürücülər Sığortaçıya bildirilməlidir.

 

Marka/model üzrə qeyd:

Aşağıdakı siyahıda göstərilən və bütün “sport car” və “kupe” kateqoriyasına aid edilən avtomobillər üzrə sığorta tarifi və şərtlər yalnız AtaSığorta ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinə müraciət etdikdən sonra alına bilər:

 

  • Audi – TT, R8
  • Bentley
  • BMW – Alpina, Z series
  • Chevrolet – Camaro, Corvette
  • Dodge – Charger
  • Ford – Mustang
  • Hummer
  • Jaguar
  • Mercedes Benz – bütün AMG, Brabus versiyaları, G-class
  • Maseratti
  • Porsche – Boxter

 

Tələb olunan sənədlər:

 

1.  *Doldurulmuş ərizə forması (3 vərəqdə);

2.  Sığortalı şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surəti;

3.  Avtomobilin hazırkı vəziyyətini təsdiq edən fotoşəkilləri.

 

 

 Hörmətlə,

 

“AtaSığorta” ASC