Ramil Abdullayev

Ramil Abdullayev Nadir oğlu - İdarə Heyətinin Üzvü

 

Ramil Abdullayev  1999-cu ildə Bakı Biznes Universitetinin “İqtisadiyyat və Hüquq” fakultəsinə daxil olmuş, 2003-cü ildə  oranı bitirmişdir. Daha sonra 2005-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakultəsinə daxil olaraq 2009-cu ildə oranı bitirmişdir.

 

R.Abdullayev iş fəaliyyətinə 2004-cü ildən başlamışdır. Sığorta sahəsində isə 2006-cı ildən fəaliyyət göstərir. 2007-ci ildən “MBASK” Sığorta Şirkətində “Korporativ Satış Şöbəsində Baş mütəxəssis kimi fəaliyyətə başlamışdır. 2010-cu ildən “AtaSığorta” ASC-nin Biznesin İnkişafı Departamentinin Satış Şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirmişdir. 2013-cü ilin may ayından “AtaSığorta” ASC-nin Sığorta Xidmətləri Departamentinin  direktoru, 01.08.2013-cü ildən “AtaSığorta” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcbari Sığorta komitəsinin üzvüdür.

 

Yüklənir, zəhmət olmasa gözləyin