Rəşad Rəsullu

Rəşad Rəsullu Fərhad oğlu - Direktorlar Şuraşının Üzvü

 

Rəşad Rəsullu 11 aprel 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr dərəcəsi, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Bankında başlayıb və 2002-2004-cü illərdə İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi olub. 2004-cü ildən etibarən “AtaHolding” ASC-də İnsan Resursları və İctimaiyyətlə Əlaqələr Departamentinin mütəxəssisi kimi çalışmağa başlayan Rəşad Rəsullu, daha sonra Katiblik Departamentinin direktoru təyin edilib. 2006-cı ildə Müşahidə Şurası sədrinin müşaviri təyin edilib və 2012-ci ilin oktyabrına qədər bu vəzifədə çalışıb.

2012-ci ilin oktyabrından etibarən “AtaHolding” ASC İdarə Heyəti sədrinin müavini təyin edilib. O, “AtaHolding” Şirkətlər Qrupu üzrə marketinq, kommunikasiyalar, insan resursları, keyfiyyət və korporativ idarəetmə sahələrinə rəhbərlik edir. Rəşad Rəsullu həmçinin, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC-nin Direktorlar Şurasının, “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvüdür.

Rəşad Rəsullu eyni zamanda, 2007-2012-ci illərdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi olub. Hazırda o, ATİB-in İdarə Heyəti sədrinin müavinidir.

 

Yüklənir, zəhmət olmasa gözləyin