Zəfər Muxtarov

Zəfər Muxtarov Qərib oğlu - İdarə Heyətinin Sədr Müavini

 

 

Muxtarov Zəfər Qərib oğlu 2003-cü ildə Türkiyə Respublikası Əskişəhər Anadolu Universitetinin iqtisadiyyat və idarəetmə elmləri fakültəsindən məzun olmuşdur. 2005-ci ilin mart ayından “Azərsu” ASC-nin tabeliyindəki “Birləşmiş Sukanal” MMC-də aparıcı mühəndis vəzifəsi ilə əmək fəaliyyətinə başlamış, 2006-cı ilin oktyabr ayında həmin Cəmiyyətdə Abonent Xidməti şöbəsinin rəis müavini təyin edilmişdir. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA (Master of Business Administration) maliyyə və kredit fakültəsinə daxil olmuş və 2008-ci ildə maliyyəçi magistr dərəcəsi almaqla məzun olmuşdur. 2009-cu ildə “AtaSığorta” ASC-də baş iqtisadçı vəzifəsi ilə işə qəbul edilmişdir. Həmin ilin aprel ayında aktuari, 2013-cü ilin mart ayında isə baş aktuari təyin edilmişdir.

 

2014-cü ilin noyabr ayından “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədr müavinidir.

 

 

Yüklənir, zəhmət olmasa gözləyin