ƏMLAK SIĞORTASI

Binalar və onların içindəkilərin yanğından və təyin edilmiş risklərdən sığortası:

Əmlak sığortası hər hansı sığorta hadisəsi nəticəsində əmlaka dəymiş fiziki ziyana görə təminat verir. Sığorta hadisəsi dedikdə, sığorta müddəti ərzində hüquqi və fiziki şəxslərin əmlakına hər hansı gözlənilməz və birbaşa fiziki təsir (başqa istisna olmadığı halda) başa düşülür. AtaSığorta binalara, yaşayış və qeyri-yaşayış sahələrinə, ofis mebeli və avadanlıqlara, dekorasiya, xammal və hazır məhsullara sığorta təminatı təklif edir.

Təminata aşağıdakılar daxildir:

  • Yanğın
  • İldırım vurması
  • Partlayış
  • Zəlzələ və vulkan püskürməsi
  • Qar uçqunu
  • Tüstü
  • Şüşə sınması
  • Sel və su basma
  • Torpaq sürüşməsi
  • Qasırğa və tufan
  • Güc tətbiq etməklə oğurluq
  • Su çəni, boru, rezervuar və s. partlayışı və daşması
  • Nəqliyyat vasitələrinin dəyməsi və düşməsi (yol, dəniz və hava nəqliyyat vasitələri)
  • Tətil, iğtişaş, mülki hərc-mərclik
  • Üçüncü şəxslər tərəfindən vurulan məqsədli zərərlər
  • Üçüncü şəxslər qarşısında məsuliyyət (mülki məsuliyyət, icarədarın məsuliyyəti)

Müştərinin tələbi ilə əlavə təminatlar da sığortaya daxil edilə bilər.

Sığorta haqqı

Sığorta haqqı təklif şəklində təqdim olunan məlumat və eləcə də AtaSığorta-nın əməkdaşları tərəfindən sığortalanmaq üçün təklif edilən əmlaka keçirilən baxış əsasında müəyyənləşdirilir. Sığorta haqqı sığorta məbləğinin 0,25%-dən - 0,6%-dək qismini təşkil edə bilər.



Franşiza

Franşiza - Sığortalının müstəqil olaraq ödədiyi zərər məbləğidir. Franşizalar hər bir sığorta hadisəsinə tətbiq edilir. Sığortaçı zərər məbləğinin franşiza məbləğini aşan hissəsinə təminat verir. Franşizanın təxmini dərəcəsi sığorta məbləğinin 0,5%-dən - 10%-dək təşkil edə bilər. Tərəflər sığorta haqqının azaldılıb və ya yüksəldilməsi şərti ilə franşizanın digər dərəcələrini də razılaşdıra bilərlər.

 

Yüklənir, zəhmət olmasa gözləyin