Toğrul Qaçayev 2007-ci ildə Azərbaycan Kooperasiya universitetinin “Maliyyə kredit” fakültəsini bitirmişdir. 2005-2009-cu illər ərzində “Kapital Bank” ASC-nin Göyçay filialında, 2009-2015-ci illər ərzində “Bank Respublika” ASC-nin Göyçay filialında, 2015-ci ildən 2017-ci ilədək “Paşa Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışmışdır.
“AtaSığorta” ASC-də fəaliyyətinə 2017-ci ildə Filiallarla İş Departamentinin Filial və Nümayəndəliklərin İdarəedilməsi Şöbəsinin müdiri, direktor müavini, 2020-ci ilin fevral ayında Filiallarla İş Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
2021-ci ilin yanvar ayından “AtaSığorta” ASC-nin İdarə Heyəti sədrinin müavinidir.
|