EvMobil

 

İnsan dünyaya yalnız bir dəfə gəlir. Və hər kəs bütün ömrü boyunca xoşbəxt olmaq, istədiyi kimi yaşamaq üçün çalışır. Ailəsi və övladları ilə birlikdə.

Əlbəttə ki, hər kəs eyni həyatı yaşaya bilməz. Amma nə olur olsun,  isti bir yuva, rahat və təhlükəsiz həyat hər bir kəsin haqqıdır.

 

EvMobil nədir?

 

EvMobil sığorta paketi - “AtaSığorta” ASC-nin öz müştərilərinin istifadəsinə verdiyi ən yeni məhsullardan biridir.  Adından da məlum olduğu kimi, paket özündə iki sığorta məhsulunu – ev və avtomobil sığortalarını birləşdirir.

 

“EvMobil” almaq üçün 5 səbəb

 

  • Siz, Evmobil sığorta paketi çərçivəsində “AtaSığorta”-ya müraciət edib sığorta müqaviləsi imzaladığınız andaca hədiyyə  qazanırsınız.
  • Belə ki, əgər siz evinizı və avtomobilinizi könüllü sığortalayırsınızsa,  bu zaman hər iki sığorta müqaviləsi üzrə icbari sığortalarınızı,yəni evinizin (əmlakınızın) və avtomobilinizin icbari sığortasını AtaSığortadan pulsuz əldə edirsiniz.
  • Evmobil sığorta paketi çərçivəsində əmlakınızı və avtomobilinizi əsas risklərdən sığortalamış olursunuz.
  • Sizə, aidiyyəti bütün sığorta məsələləri ilə bağlı keyfiyyətli xidmət göstərilir.
  • Siz, əvvəlki maliyyə vəziyyətinə qayıtmanız üçün maddi kompensasiya ilə təmin olunursunuz.


Online Sifariş

 

Sərfəli şərtlər!

 

Könüllü Əmlak sığortası

 

Sığorta tarifi: 0,25 %

Şərtsiz azadolma (franşiza) – Yanğın, zəlzələ və vulkan püskürməsi riski üzrə şərtsiz azadolma ümumi sığorta məbləğinin 2%-ni, digər bütün risklər üzrə isə ümumi sığorta məbləğinin 1%-ni təşkil edir.

Sığorta riskləri: Yanğın, ildırım, partlayış, zəlzələ, fırtına və tufan, daxili su (su rezervuarlarının, istilik sisteminin, su kəmərinin və kanalizasiya şəbəkəsinin və boruların partlaması və ya onlardan sızma və daşma)

Əmlak sığortası “AtaSığorta” ASC-nin “Əmlakın yanğından və digər risklərdən sığortası” qaydalarına uyğun olaraq aparılır. 

 

 

Könüllü avtomobil sığortası

 

Sığorta tarifi avtomobillərin mühərrik həcmlərindən asılı olaraq aşağıdakı cədvəl üzrə seçilir:

                       

 

Minik avtomobillərinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə:

Avtomobilin dəyərinin:

50 sm3 – 1500 sm3

3,17%

1501  sm3 – 2000  sm3

3,25%

2 001 sm3 – 2500  sm3

3,33%

2501  sm3 – 3000  sm3

3,42%

3001  sm3 – 3500  sm3

3,50%

3501  sm– 4000  sm3

3,58%

4001  sm– 4500  sm3

3,67%

4501  sm– 5000  sm3

3,75%

5000  sm- dən çox

3,83%

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Göstərilən tariflər dəyəri 30 000 AZN-ə qədər və istehsal ili 2008-ci ildən yuxarı olan avtomobillərə tətbiq olunur.

 

Şərtsiz azadolma: Dəyəri 25 000 AZN-ə qədər olan avtomobillər üzrə 100 AZN, 25 000 AZN-dən yuxarı olan avtomobillər üzrə dəyərin 1 %-i həcmində.

Tam itki halında sığorta məbləğinin 10% miqdarında tətbiq olunur.

Kommersiya məqsədi ilə istifadə olunan sığorta obyektləri üzrə tam məhv olma halında şərtsiz azadolma, sığorta məbləğinin 20%-i  həcmində tətbiq edilir.

 

Daha ətraflı məlumat üçün office@atasigorta.az ünvanına müraciət edə və  012 936 qısa nömrəsinə zəng edə bilərsiniz.

 

Yüklənir, zəhmət olmasa gözləyin