Biznesə yanaşma

AtaSığorta şirkətində müştərilərə xidmət göstərilməsinin təşkili ISO 9001-2015 beynəlxalq keyfiyyət standartları sisteminin tələblərinə tam uyğun olan aydın müəyyənləşdirilmiş daxili prosedurlara dəqiq müvafiq şəkildə yerinə yetirilir. Bununla bərabər, prosedurlar  sığorta növündən və konkret sığorta məhsullarından asılı olaraq bölünür. Müəyyən formaların – sorğu vərəqələrinin doldurulmasını tələb etməyən sığorta növlərində müştəri şəxsən sığorta şirkətinə müraciət edərək zəruri sənədləri və sığortalanacaq risk barədə əhəmiyyətli məlumatı təqdim edir. Sığorta şəhadətnaməsi ani olaraq ofisdə tərtib edilir və müştəriyə təqdim olunur. Bu növlərə səyahət sığortası və  avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası aiddir.

 

Müvafiq formaların (sorğu vərəqələrinin) doldurulmasını tələb edən sığorta növlərində göstərilən forma müştəriyə göndərilir və müştəri  tərəfindən doldurulduqdan sonra anderraytinq departamentinə təqdim edilir, bu şöbənin əməkdaşları riski kvotalayır və müştəri üçün təklif hazırlayırlar. Müştəri ilə ünsiyyət və bu təklifin onunla razılaşdırılmasını isə Sığorta xidmətləri departamentinin satış şöbəsinin əməkdaşları həyata keçirirlər. Mürəkkəb və kompleks sığorta məhsulları üzrə təkliflərin hazırlanması üçün çox zaman onları təkrarsığortaçılarla razılaşdırmaq zəruriyyəti meydana çıxır. Bu funksiya anderraytinq departamentinin təkrarsığorta şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Müştərilərə xidmət üzrə siyasət bütünlüklə müştərilərin maksimal məmnunluğuna, həm korporativ, həm də fərdi müştərilərin maraqlarının bütün xüsusiyyətlərini nəzərə alan ən optimal sığorta məhsullarının onlara təklif edilməsinə yönəlmişdir.