Petrollu KASKO
Sığortalı: |
Fiziki şəxslər |
Sığorta olunan: |
Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs |
Sığortaçı: |
“AtaSığorta” ASC |
Sığorta müddəti: |
Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində |
Sığorta predmeti: |
Minik avtomobilləri |
Coğrafi ərazi: |
Azərbaycan Respublikası |
Bölmə 1: Nəqliyyat vasitələrinin (kasko) sığortası
Sığorta tarifi: |
Sığorta tarifi – 3.20% təşkil edir. |
|
|
Xüsusi şərtlər: |
|
|
|
Sığorta riskləri: |
1. avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr; 2. atılmış və ya düşmüş əşya – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi; 3. üçüncü şəxsin qanunazidd hərəkəti; 4. oğurluq, quldurluq, qaçırma və soyğunçuluq; 5. yanğın və partlayış; 6. təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr; 7. heyvanların hərəkəti – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.
|
*Şərtsiz Azadolma üzrə qeyd: |
Hər hadisə üzrə - 100 AZN
- Avtomobil kommersiya məqsədi ilə istifadə olunan zaman 1000 AZN həcmində şərtsiz azadolma məbləği tətbiq olunur.
- Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman avtomobili idarə etmək səlahiyyəti verilmiş şəxsin yaşı 21-dən aşağı və ya sürücülük təcrübəsi 1 ildən az olduqda və ya sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində baş verdikdə şərtsiz azadolma adi halda tətbiq olunmalı azadolma məbləğinin ikiqatı həcmində tətbiq ediləcək. |
İstisnalar: |
|
Şərtlər: |
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası Qaydaları”.
- Zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququ sığortaçıya aiddir.
- Sığorta təminatının başlanğıc tarixinə qədər nəqliyyat vasitəsinə baxış keçirilməli və bütün mövcud sürücülər Sığortaçıya bildirilməlidir.
|
Marka/model üzrə qeyd: |
Aşağıdakı siyahıda göstərilən və bütün “sport car” və “kupe” kateqoriyasına aid edilən avtomobillər üzrə sığorta tarifi və şərtlər yalnız AtaSığorta ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinə müraciət etdikdən sonra alına bilər:
|
Tələb olunan sənədlər:
1. *Doldurulmuş ərizə forması (3 vərəqdə);
2. Sığortalı şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surəti;
3. Avtomobilin hazırkı vəziyyətini təsdiq edən fotoşəkilləri.
Hörmətlə,
“AtaSığorta” ASC