Direktorlar Şurası

  

Ağakərim Məlik-Aslanov - Direktorlar Şurasının Sədri


Ağakərim Məlik-Aslanov 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə ixitsası üzrə bitirmişdir. 2012–2013-cü illərdə Böyük Britaniyanın London şəhərində, London School of Business and Finance universitetində təhsil almışdır. Əmək fəaliyyətinə 2007–ci ildə bank sektorunda başlamışdır. 10 ildən artıq müddətdir ki, maliyyə sektorunda fəaliyyət göstərir. 2020–ci ilin may ayında “AtaSığorta” ASC-nin Direktorlar şurasının müstəqil üzvü təyin edilmişdir. 11.08.2020-ci il tarixli Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən “AtaSığorta” ASC-nin Direktorlar Şurasının Sədri vəzifəsinə təyin edilmişdir.

 


Adıgözəl Ağayev - Direktorlar Şurasının üzvü

 


1978-1983-cü illərdə D.Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsində təhsil alaraq iqtisadçı mühəndis ixtisasına yiyələnmişdir. 1983-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hesablaşma mərkəzində iqtisadçı vəzifəsinə, 1987-ci ilin dekabr ayından isə qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur. 1989 - ilin iyun ayından Respublika Aqrar Sənaye Bankında aparıcı, 1992-ci ildən baş iqtisadçı vəzifəsində işləmişdir. Milli Bankın dəvəti 1993-cü ilin aprel ayından 2004-cü ilin sonunadək bank sektorunda əmək fəaliyyətini davam etdirmiş, Mərkəzi Bankda baş müfəttiş, şöbə rəisi və direktor müavini vəzifələrində calışmışdır. 2004-cü ilin oktyabr ayından Milli Bankda yeni yaradmış Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi qrupuna rəhbərlik etmişdir. Respublikada fəaliyyət gostərən bankların beynəlxalq hesabatlıq sisteminə keçirilməsi prosesində USAİD-in Bank nəzarəti üzrə ekspertlər qrupu ilə əməkdaşlıq etmişdir. "AtaHolding" ASC-də əmək fəaliyyətinə 06 yanvar 2005-ci ildən Maliyyə departamentinin direktoru vəzifəsindən başlamış, 17 dekabr 2005-ci il tarixində İdarə Heyətinin sədr müavini və Audit Komitəsinin üzvü təyin olunmuşdur. 15 oktyabr 2012-ci il tarixindən “AtaHolding” MMC-nin Baş Direktoru, eyni zamanda “AtaSığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür. 


Zəfər Muxtarov - Direktorlar Şurasının müstəqil üzvü



Muxtarov Zəfər Qərib oğlu 2003-cü ildə Türkiyə Respublikası Əskişəhər Anadolu Universitetinin iqtisadiyyat və idarəetmə elmləri fakültəsindən məzun olmuşdur. 2005-ci ilin mart ayından “Azərsu” ASC-nin tabeliyindəki “Birləşmiş Sukanal” MMC-də aparıcı mühəndis vəzifəsi ilə əmək fəaliyyətinə başlamış, 2006-cı ilin oktyabr ayında həmin Cəmiyyətdə Abonent Xidməti şöbəsinin rəis müavini təyin edilmişdir. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA (Master of Business Administration) maliyyə və kredit fakültəsinə daxil olmuş və 2008-ci ildə maliyyəçi magistr dərəcəsi almaqla məzun olmuşdur. 2009-cu ildə “AtaSığorta” ASC-də baş iqtisadçı vəzifəsi ilə işə qəbul edilmişdir. Həmin ilin aprel ayında aktuari, 2013-cü ilin mart ayında isə baş aktuari təyin edilmişdir. 2014-cü ilin noyabr ayından “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edirdi. 11.08.2020-ci il tarixli Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Direktorlar Şurasının müstəqil üzvü vəzifəsinə təyin edilmişdir