Təkrarsığorta

Təkrarsığorta sığorta sistemində təminata alınan ən böyük və mürəkkəb risklər daxil olmaqla bir çox risklər üçün təminat verməkdə sığorta sektoruna köməklik göstərir. AtaSığorta öz növbəsində təkrarsığortanın təmin etdiyi kapitalın qorunması, təkrarsığortaçıların məhsul hazırlama və risk təcrübəsindən faydalanır. Belə ki, təkrarsığorta sığortanı daha etibarlı və əlverişli edən sığorta sisteminin önəmli hissəsidir. Bu da nəticə etibarı ilə sığortalıların xeyrinədir, çünkü onlar beləcə az xərclə daha çox təminat əldə edirlər. 



AtaSığorta-nın hansı həcmdə təkrarsığorta alması, onun biznes modeli, kapital gücü, risk meyli və mövcud bazar şərtlərindən asılıdır. Təkrarsığorta - şirkəti, sabit anderraytinq nəticələri, kapitalın qorunması, çevik maliyyələşmə, xüsusən sığorta məhsullarının hazırlanması sahəsində təkrarsığortaçıların təcrübə və xidmətlərinə çıxış, qiymətləndirmə, anderraytinq və sığorta hadisələrinin tənzimlənməsi kimi faydalarla təmin edir. 


Təkrarsığorta, şirkət fəaliyyətinin stabilliyini gücləndirərək, ona aktivlərini gözlənilməz, arzu edilməyən itkilərdən qorumaq, qəbul edilən riskləri daha yaxşı anlamaq və dəqiq risk qiymətləndirilməsi və qiymətləndirmə aparmaq imkanı verir. Nəticədə şirkətin kapitalını tükəndirən hadisələrin mümkünlüyünü əhəmiyyətli dərəcədə azaldaraq, fəaliyyət nəticələri daha da sabit edir. 

AtaSığorta-nın təkrarsığorta partnyorları Munich Re, Swiss Re, SCOR, Hannover Re, Polish Re, İngosstrakh kimi şirkətlərdir və müxtəlif Lloyd's sindikatlarıdır.