YÜKLƏRİN SIĞORTASI VƏ YA YÜK SIĞORTASI

Bu sığorta ilə yükün, müqavilədə göstərilən vaxt və ya daşınma müddəti ərzində müqavilədə göstərilən dəniz, avtomobil, hava nəqliyyat vasitələri və habelə dəmir yolu vasitəsilə daşınması zamanı hansısa bir anbarda müvəqqəti olaraq saxlandığı zaman məruz qaldığı sığorta hadisələri nəticəsində dəyən ziyan və zərərlərə əlavə edilmiş xüsusi şərtlər daxilində təminat verilir. 

 Sığorta təminatı, baş vermiş hadisə nəticəsində yükə dəymiş ziyan və zərərləri və yaxud onlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və zərərin və yaxud xərclərin miqdarı və mahiyyəti, təminata daxil edilən hadisələr və istisnalar sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə (klozlara) əsasən müəyyən edilir. 

 Sığorta şəhadətnaməsinin şərtləri daxilində aşağıdakı hadisələr nəticəsində dəyən ziyan və zərərlər sığorta təminatına daxil edilir:

  • Fırtına, gəminin batması, sahilə toxunması, quru və ya qum üzərinə çıxması kimi hallarla əlaqədar sığortalanmış əmtəələrin, qismən və ya tamamilə zərər çəkməsi;
  • Gəminin quruya oturması, toqquşması, hərəkətsiz və ya hərəkətdə olan bir cismə (buz daxil olmaqla) toxunması ilə əmtəənin dənizə atılması;
  • Yanğın, partlayış;
  • Yükləmə (yenidən yükləmə) və boşaltma zamanı bir və ya bir neçə bağlamanın düşməsi və s.

Sığorta haqqı təklif şəklində təqdim olunan məlumat əsasında müəyyənləşdirilir. Sığorta haqqı sığorta məbləğinin 0,25%-dən - 0,95%-dək qismini təşkil edə bilər. Franşizanın təxmini dərəcəsi sığorta məbləğinin 0,5%-dən - 10%-dək qismini təşkil edə bilər. Onu da nəzərə almaq lazımdır ki, franşiza nə qədər yüksək olarsa, sığorta haqqı bir o qədər aşağı olar.