“AtaSığorta” ASC - 2020-ci ilin yekunlarını açıqladı

2020-ci ilin nəticələrinə görə “AtaSığorta” ASC-nin rəhbərliyi tərəfindən Bayıl Nümayəndəliyi “İlin ən çox könüllü növlər üzrə satış edən nümayəndəliyi”, Bakı Nümayəndəliyi “İlin ən bacarıqlı nümayəndəliyi”, Cənub Filialı “İlin ən bacarıqlı filialı”, Göyçay Filialı “İlin ən proqressiv filialı”, Paytaxt Filialı “İlin ən məsuliyyətli filialı”, Qərb Filialı “İlin ən çox icbari növlər üzrə satış edən filialı”, Quba Nümayəndəliyi “İlin ən təşəbbüskar nümayəndəliyi”, Sahil Filialı “İlin ən çox könüllü növlər üzrə satış edən filialı”, Salyan Nümayəndəliyi “İlin ən çox müştəri məmnuniyyəti qazanan nümayəndəliyi”, Şamaxı Nümayəndəliyi “İlin ən mənfəətli nümayəndəliyi”, Şimal Filialı “İlin ən innovativ filialı”, Xaçmaz Filialı “İlin ən iqtisadi dayanıqlı filialı”, Zaqatala Nümayəndəliyi “İlin ən mənfəətli nümayəndəliyi” və “İlin ən çox icbari növlər üzrə satış edən nümayəndəliyi” nominasiyaları üzrə, Mehdiyev Araz Mehdi oğlu və Hüseynov Turan Nadir oğlu “İlin ən peşəkar korporativ satıcısı” nominasiyası üzrə, Zöhrablı Sədi Fail oğlu “Yeni layihələrin cəlb edilməsində göstərdiyi təşəbbüsə görə”, Korporativ Sığortaçılıq Departamentinin əməkdaşları Məmmədli Hüseyn İdris oğlu “İlin ən məsuliyyətli satış işçisi”, Səfərov Qeyyub Şaməmməd oğlu “İlin ən proqressiv satış işçisi”, Mirzəyev Emin Alim oğlu “İlin ən çalışqan satış işçisi” nominasiyaları üzrə Təşəkkürnamələrlə təltif edilmişdir.

Həmçinin, Vətən Müharibəsində göstərdiyi şücaətə görə Məmmədov Arif Əlövsət oğlu, Surxayzadə Mətləb Nazim oğlu və İsmayılzadə Orxan Vahid oğluna Təşəkkürnamələr təqdim edilmişdir.

 

Hər bir əməkdaşımıza təşəkkür edirik və işlərində uğurlar arzu edirik!