“AtaSığorta” ASC-də yeni təyinat
İdarə Heyətinin qərarına əsasən, xidmət səviyyəsinin artırılması məqsədilə 2014-cü ildən sığorta sektorunda çalışmış, kifayət qədər geniş təcrübəyə malik olan Məmmədov Orxan Qalib oğlu 05 oktyabr 2022-ci il tarixdən Cəmiyyətin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə şirkətin Çağrı Mərkəzi olan 936 24/7 rejimdə fəaliyyət göstərir.
- AtaSığortada yenilik - Müraciətlərə baxılması mexanizmi təkmilləşdirildi
- “AtaSığorta” ASC-də yeni təyinat
- “AtaSığorta” ASC-dən xanım sürücülər üçün yeni sığorta məhsulu
- “AtaSığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti yeni ünvanda fəaliyyət göstərəcəkdir
- Mərkəzi Bank “AtaSığorta”-nı seçdi
- “AtaSığorta” ASC-də yeni təyinat
- “AtaSığorta” şirkətindən qardaş ölkə - Türkiyəyə dəstək